"Yuventus" və "Real" qalib gəldi, "Mançester Siti" uduzdu

Bu gün UEFA Çempionlar Liqasında 1-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha 8 qarşılaşma keçiriləcək.

Futbolsevərlərin diqqəti, əsasən, İspaniyaya yönələcək. Burada təşkil olunacaq "Valensiya" - "Yuventus" və "Real" - "Roma" matçları gərgin mübarizə vəd edir.

Favoritlərdən "Bavariya"nın "Benfika" ilə səfər duelində hansı nəticəyə imza atacağı da maraqla gözlənilir.

Günün afişası belədir:


19 sentyabr 2018
Çempionlar Liqası
1-ci tur

"Ayaks" - AEK (Afina) - 3:0
QOLLAR:
Nikolas Taqliafiko, 46 (1:0); Donni van de Beek, 77 (2:0); Nikolas Taqliafiko, 90 (3:0)
Baş hakim: Karlos Del Kerro (İspaniya)

"Şaxtyor" (Donetsk) - "Hoffenhaym" - 2:2
QOLLAR:
Florian Qrilliç, 6 (0:1); İsmaili, 27 (1:1); Havard Hordvayt, 38 (1:2); Maykon, 81 (2:2)
Baş hakim: Yakop Kehlet (Danimarka)

"Benfika" - "Bavariya" - 0:2
QOLLAR:
Robert Levandovski, 10 (1:0); Renatu Sançeş, 54 (0:2)
Baş hakim: Antonio Mateu Layoz (İspaniya)

"Mançester Siti" - "Lion" - 1:2
QOLLAR:
Maksvel Kornet, 26 (0:1); Nabil Fekir, 43 (0:2); Bernardu Silva, 67 (1:2)
Baş hakim: Daniele Orsato (İtaliya)

"Viktoriya" (Plzen) - MOİK (Moskva) - 2:2
QOLLAR:
Mikael Krmençik, 29 (1:0); Mikael Krmençik, 41 (2:0); Fyodor Çalov, 49 (2:1); Nikola Vlaşiç, 90+5/p. (2:2)
Baş hakim: Benua Bastyen (Fransa)

"Real" (Madrid) - "Roma" - 3:0
QOLLAR:
İsko, 45 (1:0); Beyl, 58 (2:0); Diaz, 90+1 (3:0)
Baş hakim: Byprn Kuypers (Hollandiya)

"Valensiya" - "Yuventus" - 0:2
QOLLAR:
Miralem Pyaniç, 45/p. (0:1); Miralem Pyaniç, 51/p. (0:2)
QIRMIZI VƏRƏQƏ: Kriştianu Ronaldu, 29 ("Yuventus")
Baş hakim: Feliks Brix (Almaniya)

"Yanq Boyz" - "Mançester Yunayted" - 0:3
QOLLAR:
Pol Poqba, 35 (0:1); Pol Poqba, 44/p. (0:2); Antoni Marsiyal, 66 (0:3)
Baş hakim: Deniz Aytekin (Almaniya)