Zabit Səmədovun növbəti rəqibi bəlli oldu

Azərbaycanlı K-1 ustası Zabit Səmədovun növbəti rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, 33 yaşlı idmançı belçikalı Frederik Sinistra ilə üz-üzə gələcək.

Türkiyədə, Gebze İdman Sarayında keçiriləcək döyüş mayın 13-ü, Bakı vaxtı ilə saat 22:30-a planlaşdırılıb. 

Görüş TV8,5 kanalı vasitəsilə canlı yayımlanacaq.