Zabit Səmədovun növbəti zəfəri

Azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü keçirib. SportLine.az xəbər verir ki, 33 yaşlı idmançı belçikalı Frederik Sinistra ilə üz-üzə gəlib.

Türkiyədə, Gebze İdman Sarayında reallaşan döyüş Z.Səmədovun qələbəsi ilə yekunlaşıb. İdmançımız artıq 2-ci raundda rəqibin görüşü davam etdirə bilməməsi səbəbəindən qələbəni təmin edib.