Zairova olimpiya medalı qismət olmadı

London Yay Olimpiya Oyunlarında Azərbaycan seçməsinin qazandığı medalların sayı artmadı. Ağırlıqqaldıran İntiqam Zairovun son günlər Beynəlxalq Olimpiya Komitəsinin rəsmi səhifəsində 2-ci yerdə qərarlaşması müvəqqəti xarakter daşıyıb. Londonda 6-cı yeri tutan idmançı ilk 4-lükdə qərarlaşan rəqiblərində dopinq aşkarlandığından siyahının 2-ci pilləsinə qalxmışdı. Təəsüf ki onun da dopinq testi müsbət cavab verib. Qeyd edək ki, BOK Zairovla yanaşı, Pekin 2008 və London 2012-də mübarizə aparan daha 7 atletin nəticəsini ləğv edib.