"Zirə" iki fransalı futbolçu transfer etdi

"Zirə” klubu yeni futbolçularla anlaşıb.

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilal Hamdi və Dilan Duventru ilə müqavilə bağlanılıb. Hər iki oyunçu Fransa vətəndaşıdır. Onların sonuncu klubu Kipr təmsilçisi "Alki” olub. Futbolçularla 1+1 illik müqavilə bağlanılıb.

27 yaşlı Hamdi cinah hücumçusu, 29 yaşlı Duventru isə yarımmüdafiəçidir.