"Zirə" ilk transferini rəsmiləşdirdi

"Zirə" 2018/2019 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

SportLine.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Qəsəbə təmsilçisi "Neftçi"dən ayrılan İlkin Qırtımovu heyətinə qatıb. Müdafiəçi ilə 1 illik müqaviləyə imza atıb. 

Qeyd edək ki, İ. Qırtımovun sonuncu klubu “Neftçi” olub. O, daha əvvəl “Simurq” və “Keşlə”də də çıxış edib.