“Zirə” – “Sumqayıt” matçının vaxtı bəlli oldu

Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək "Zirə" - "Sumqayıt" oyununun başlanma saatı müəyyənləşib. SportLine.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Beləliklə, görüş 26 avqust, saat 17:30-da start götürəcək.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, iki turdan sonra “Zirə” 6 xal topladığı halda, “Sumqayıt”ın aktivində 3 xal var.