"Zirə"dən növbəti xal itkisi

Bu gün Topaz Premyer Liqasında 20-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma keçiriləcək.

Son turlar uğursuz nəticələrlə yadda qalan "Zirə" doğma meydanda "Səbail"lə üz-üzə gələcək. "Qartallar" 3-cü pillədəki mövqeyini qorumaq üçün mütləq qələbə qazanmalıdırlar. "Səbail" isə "Neftçi"yə yaxınlaşmaq üçün 3 xala ehtiyac duyur.


14 mart 2018
Topaz Premyer Liqası
20-ci tur

"Zirə" - "Səbail" - 1:1
QOLLAR: 
Aleksandr Dedov, 17 (1:0); Nikoloz Apakidze, 54 (1:1)
Hakim: Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Standings provided by Sofascore LiveScore