"Zirə"dən daha bir transfer

"Zirə” növbəti transferini həyata keçirib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqa təmsilçisi  Miloş Radivoyeviçi transfer edib. Serbiyalı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun sonuncu klubu İsrailin “Hapoel” (İroni Kiryat-Şimona) olub. O, daha əvvəl ölkəsinin “Sindeliç”, “Borça”, “İnciya”, “Vozdovaç”, “Radinski”, “Rad” klublarında çıxış edib.