"Zirə"nin futbolçusu 4 oyunluq diskvalifikasiya olundu

AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Milan Düriçə 4 oyunluq cəza verib.

Sportlinet.az xəbər verir ki, səbəb yarımmüdafiəçinin Topaz Premyer Liqasının XXVII turunda "Kəpəz”lə ev oyununun 9-cu dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almasıdır.

Düriçin klubu isə 3200 manat cərimə olunub. Oyunun 80-cı dəqiqəsində isə "Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə Abdullazadə 1 oyunluq cəza, klub 200 manat cərimə ilə üzləşib.

Qeyd edək ki, görüş "Zirə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Milan Düriç son turda "Sumqayıt"la səfər, Kamran Abdullazadə isə "Neftçi" ilə ev oyununu buraxmalı olacaq.