"Zirə"nin yeni baş məşqçisi - Samir Abbasov

"Zirə"nin yeni baş məşqçisi müəyyənləşib.

SportLine.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanı Samir Abasov çalışdıracaq. Mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanılıb.

Qeyd edək ki, Abasov bu gün istefa verən Ayxan Abbasovu əvəzləyib. Hələ ötən mövsümün sonu "Sumqayıt"dan ayrıldıqdan sonra onun "Zirə"yə keçmək variantı olub. Həmin vaxt Abasov  klub rəhbərliyinə təklif olunub, namizədliyi müsbət qarşılanıb. Amma son anda yekun nəticəyə gəlinməyib.