Bundesliqa klubu baş məşqçi ilə yollarını ayırıb

Almaniya klubu baş məşqçi ilə yollarını ayırıb.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Yunion Berlin" baş məşqçi Nenad Byelitsa ilə qarşılıqlı olaraq yollarını ayırdıqlarını bildirib.

52 yaşlı xorvatiyalı mütəxəssis 2023-cü ilin noyabr ayından paytaxt klubuna rəhbərlik edirdi.

Qeyd edək ki, Byelitsa 2023-cü ilin aprel ayından oktyabr ayına kimi Türkiyənin "Trabzonspor" klubunda çalışıb.