Fyodor Yemelyanenkodan maraqlı açıqlama

Əfsanəvi rusiyalı döyüş ustası Fyodor Yemelyanenko maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, özünü sonuncu imperator saymadığını bildirib.

"Mən özümü yox, II Nikolayı sonuncu imperator hesab edirəm. Mənə bu adı Yaponiyada qoyublar. Onlara dəfələrlə izah etməyə çalışsam da, fikirlərindən dönmədilər. Hələ də məni belə adlandırırlar", - deyə Yemelyanenko "YouTub"da yayımlanan verilişdə fikrini bölüşüb.

Qeyd edək ki, məşhur idmançı 2023-cü il fevralın 4-də Rayan Beyderə məğlubiyyətdən sonra karyerasını başa vurmuşdu.