Mbappe Useyn Boltun çağırışını qəbul etdi

PSJ-nin super ulduzu Mbappe dünyaca məhşur atlet Useyn Boltun 100 metr məsafədə qaçış təklifini qəbul edib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Bolt ötən günlərdə Mbappeyə 100 mətr məsafədə yarışa dəvət etmişdi. Fransalı super ulduz isə dünən bu təklifi qəbul etdi.

"Nike" və "Inspired By KM" fondunun birgə təşkil etdiyi tədbirdə Useyn Boltun ona ilham verdiyini deyən Mbappe "Belə bir insana ilham verdiyimi bilmək həqiqətən sevindiricidir. O da hər kəsi ruhlandırır. Bunun qarşılıqlı olduğunu deyə bilərəm və mən ona ondan öncə heyran olmağa başlamışam" fikirlərini səsləndirib.

Futbolçu həmiçinin dünya rekordçusuna qarşı heç bir şansı olmadığını da ifadə edib.