"Səbail" "Qəbələ"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son qarşılaşmada "Səbail" "Qəbələ"ni qəbul edəcək.

"ASCO Arena"da keçiriləcək görüş saat 19:00-da başlanacaq.

Azərbaycan Premyer Liqası

XXXIII tur

19:00. “Səbail”– “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“ASCO Arena”

Qeyd edək ki, XXXIII turda "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" oyununda qalib müəyyənləşməyib - 1:1.