"Neftçi" Azərbaycan çempionu oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionatının 2015/2016 mövsümünə yekun vurulub.

SportLine.az xəbər verir ki, yarışın qalibi "Neftçi" komandası olub. Son turda Ali Hərbi Məktəbin komandasını 3:1 hesabı ilə üstələyən "Neftçi" 18 xalla qalib adını qazanıb. Ali Hərbi Məktəbin komandası 2-ci, "Nəqliyyatçı" isə 3-cü olub. 

Qeyd edək ki, ötən mövsümün də qalibi "Neftçi" olmuşdu.