13 min qola çatan ilk komanda

Braziliya Liqası komandalarından olan “Flamenqo” ötən gecə “Nova İquaku”nu 3-0 hesabı ilə məğlub etdiyi matçda tarixə düşüb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, “Nova İquaku”ya qarşı oyunda “Flamenqo” komandası futbol tarixində 13000 qola çatan ilk komanda olub.

“Flamenqo”nun vurduğu 2-ci qolunun müəllifi Pedro bu tarixi uğuru rəsmləşdirib.

Qeyd edək ki, təməli 1911-ci ildə qoyulan “Flamenqo” 7 dəfə Braziliya A Seriyasının və 3 dəfə "Copa Libertadores"in qalibi olub.

“Flamenqo” həmçinin Braziliya Liqasında aşağı liqaya düşməyən iki komandadan biridir.