Xavinin “Barselona”da qalacağı təsdiqləndi - RƏSMİ

“Barselona” rəhbərliyi Xavinin komandada qalacağını açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, “Barselona”nın prezidenti Joan Laporta Xavinin mövsümün sonunda komandada qalacağını təstiqləyib.

Joan Laporta “Mundo Deportivo”ya verdiyi müsahibədə  “Xavinin “Barselona”da qalacağı xəbərini verməkdən məmnunam.O, əvvəllər ayrılmağı düşündüyünü bildirən bir neçə bəyanət vermişdi, lakin dünən Xavi ilə danışmaq imkanım oldu və o, məni əmin etdi ki, layihəmizi inkişaf etdirməyə sadiq qalacaq” fikirlərini səsləndirib.

Xatırladaq ki, ispan mütəxəssis 2024-cü ilin yanvar ayında Katalon klubunu tərk edəcəyini bildirmişdi. Son vaxtlar isə medyada 44 yaşlı çalışdırıcının qərarına yenidən baxa biləcəyi ilə bağlı məlumatlar aktiv şəkildə müzakirə olunurdu.