"Eyüpspor" klubu ilk transferini gerçəkləşdirdi

"Eyüpspor" klubu ilk transferini gerçəkləşdirdi.

Sportline.az xəbər verir ki, uzun müddətdir Super Liqa klublarının transfer etmək istədiyi Manuel Lanzini "Eyüpspor" klubu ilə razılıq əldə edib.

"River Pleyt" klubunda çıxış edən futbolçu Türkiyə klubunda oynmaq istədiyini bildirərək müqavilə şərtlərini qəbul edib.

Qeyd edək ki, Manuel Lanzini daha öncə "Vest Hem" klubunda çıxış edib.