Futboldan uzaqlaşdırılan fransalı ulduz kinoya çəkiləcək

4 il müddətinə futboldan kənarlaşdırılan Pol Poqba film sahəsinə addım atıb.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, yarımmüdafiəçi Pol Poqba rejisor Fabien Ontinyentin "4 Sıfır" yeni filminin çəkilişlərində iştirak edib. Film 2025-ci ilin aprelində ekranlara çıxacaq və "3 Sıfır" filminin davamı olacaq.

Xatırladaq ki, Poqba 2023-cü ilin mart ayında dopinq istifadəsinə görə 4 il müddətinə futboldan kənarlaşdırılmışdı.

Futbolçunun orqanizmində yüksək miqdarda testesteron aşkar olunmuşdu.