NBA-də sonuncu 1/4 finalçı müəyyənləşib

NBA-də bütün 1/4 finalçıların adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, seriyanın 7-ci oyununda "Orlando Mecik"i 106-94 hesabı ilə məğlub edən "Klivlend Kavaliers" 1/4 finala yüksələn sonuncu komanda olub.

Matçın ən məhsuldar oyunçusu 39 xal, 9 ribaund, 5 asistlə Donoval Mitçel seçilib.

Qeyd edək ki, "Klivlend" növbəti mərhələdə "Boston Seltiks"lə qarşılaşacaq.