Fransalı futbolçu PSJ-də qalacaq

Fransalı yarımmüdafiəçi PSJ-də qalacaq.

Sportline.az idman jurnalisti Fabrizio Romanonun paylaşımına istinadla xəbər verir ki, PSJ klubu "Frankfurt"dan icarə əsasında transfer etdiyi futbolçu Huqo Ekitikeni komandada saxlayacaq.

Fransa klubu 21 yaşlı yarımmüdafiəçini icarə əsasında transfer edərkən 3 milyon avro ödəmişdi. PSJ rəhbərliyi Ekitikenin komandada qalması üçün "Frankfurt" klubuna 16,5 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Hugo Ekitike bu mövsüm çıxdığı 13 oyunda 1 qol, 1 asistlə yadda qalıb.