"Borussiya" Sanço mövzusuna aydınlıq gətirdi

Dortmund "Borussiya"sının idman direktoru Sebastyan Kel komandanın aparıcı üzvü Ceydon Sanço ilə bağlı məsələyə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, o, "Mançester Yunayted"dən icarəyə götürülən cinah hücumçusunun qalması üçün lazımı tədbirlərin görüləcəyini bildirib.

"Sançonun komandada qalması üçün əlimizdən gələni edəcəyik. Ola bilər ki, mançesterlilər onu satmaq istəsinlər. Ya da ki, icarədən geri çağıracaqlar. Onlar Sançonun hansı formada olduğunu yaxşı görürlər", - deyə Kel "Die Welt"in suallarını cavablandırıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2024-cü ilin yanvarından "Borussiya"nın formasını geyinir.