Türkiyəli idman jurnalisti "Fənərbağça"nı tənqid atəşinə tutub

Türkiyəli idman jurnalisiti "Fənərbağça"nı tənqid atəşinə tutub.

Sportline.az xəbər verir ki, "Milliyət" qəzetinin idman xəbərləri şöbəsinin müdiri Osman Şenher "sarı-lacivərtlər" haqqında açıqlama verib.

"Fənərbağça" klubunun bu mövsümlük dövrü bitib deyə bilərik. Hazırda hər şey aydın olaraq görünür ki, "Qalatasaray" çempionluğa oynayır. "Fənərbağça" rəsmiləri futbolçuları da özlərinə oxşadıblar. Nə oyunçular nə də rəsmilər nə etdiklərini bilmirlər. Bu mövsümün açıq aşkar qalibi "Qalatasaray" olmalıdır və olacaq".

Qeyd edək ki, "Fənərbağça" klubu hazırda 86 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.