"Hatayspor"un qapıçısı: "5 aydır pendir, çörək yeyirik'

Uzun müddətdir maliyyə sıxıntıları yaşayan Hataysporun qapıçısı Gaziantep FK oyunundan (1-1) sonra diqqət çəkən açıqlamalar verib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 30 yaşlı qapıçı Erce Kardeşler Hataysporun içində olduğu çətin vəziyyətdən danışıb.

"Mövsümün əvvəlindən bəri sahibsiz qalmışıq. Stadionumuz yoxdur, məşq bazamız yoxdur, pulumuz yoxdur.Bir klubun belə vəziyyətə düşdüyünü ilk dəfə görürəm. Düşünə bilirsiniz bir futbol komandası oyunlara basketbol oynayaraq hazırlaşır. Belə bir şey mümkündür? 5 aydır ki, pendir,cörək yeyirik.Oyundan sonra duş almadan evlərimizə gedirik.Bu çox acınacaqlırdır"- deyə türkiyəli qapıçı öz müsahibəsində bildirib.

Xatırladaq ki, ötən günlərdə "Hatayspor" klubu baş məşqçi Volkan Demirellə yollarını ayırmışdı.

Qeyd edək ki, "Hatayspor" Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ev oyunlarını Mersində keçirir.