"Qalatasaray" - "Adana Demirspor" görüşünün "VAR" hakimləri bəlli olub

"Qalatasaray" - "Adana Demirspor" görüşünün VAR hakimləri bəlli olub.

Sportline.az xəbər verir ki, Türkiyə Super Liqasının 34-cü turunun açılış oyununda "Qalatasaray" "Adana Demirspor"la üz-üzə gələcək. 

Bahattin Şimşekin idarə edəcəyi görüşə portuqaliyalı hakimlər "VAR"da nəzarət edəcəklər.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.