"Çelsi" ukraynalı futbolçu ilə maraqlanır

"Çelsi" daha bir ukraynalı futbolçunu heyətə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, "zadəganlar" Ukrayna millisi və "Şaxtyor"un yarımmüdafiəçisi Georgi Sudakovun xidmətində maraqlıdır.

Bu haqda "Daily Mail" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London klubu 21 yaşlı futbolçunu bu yay transfer etməyi planlaşdırır.

Sudakovun hazırkı transfer dəyəri 75 milyon avrodur.