"Vest Hem" baş məşqçi qərarını açıqladı

"Vest Hem"in baş məşqçisi David Moyes mövsümün sonunda komandadan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

61 yaşlı şotlandiyalı klubla qarşılıqlı razılıq əsasında London təmsilçisini tərk edəcək.

Onu ispaniyalı Xulen Lopeteqinin əvəzləyəcəyi bildirilir.

Qeyd edək ki, Moyes 2019-cu ildən "Vest Hem"i çalışdırırdı.

London klubu hazırda 49 xalla 9-cu pillədə qərarlaşır.