34 il öncə: "Roma" - "Liverpul" finalı

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində "Roma" "Liverpul"u qəbul edəcək. SportLine.az xəbər verir ki, ilk görüşdə 5:2 hesablı qələbəyə sevinən "mersisaydlılar" finala daha yaxın görünürlər. 

Bu oyun ərəfəsində sizə Çempionlar Liqasının 1984-cü ildəki finalını təqdim edirik. "Stadio Olimpiko"da keçirilən matçın əsas vaxtında qalib müəyyənləşməmişdi - 1:1. Penaltilər seriyasında isə rəqibini 4:2 hesabı ilə üstələyən "Liverpul" kuboku başı üzərinə qaldırmışdı.