Acun Ilıcalının sahibi olduğu "Hall Siti" son turda autsayderə məğlub olaraq pley-offdan kənarda qalıb

Çempionşipin sonuncu həftəsində "Hall Siti" səfərdə "Plimut" komandası ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, 46-cı turun oyununda "Plimut" "Hall Siti"ni 1-0 hesabı ilə məğlub edərək liqadakı yerini qoruyub.

"Hall Siti"nin isə bu nəticə ilk altılıqdan kənarda qalaraq pley-offa vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Çempionşipdə ilk 2 pillədə qərarlaşan "Lester Siti" və "İpsviç Taun" növbəti mövsümdə İngiltərə Premyer Liqasında çıxış edəcəklər.