Acun Ilıcalının yeni komandası açıqlanıb - RƏSMİ

Acun Ilıcalının yeni alacağı komanda bəlli olub. 

Sportline.az xəbər verir ki, təcrübəli iş adamı və İngiltərənin "Hull Siti" klubunun prezidenti Acun Ilıcılaıı bu dəfə Sloveniyanın "Maribor" komandasını alacağını açıqlayıb. 

Acun Ilıcalı məsələ ilə bağlı açıqlamasında :"Sloveniyanı gəzdim. Hansı klubun uyğun olacağına baxdım və yekun qərar olaraq "Maribor"u almaq istədiyimi bildirdim",-deyib.

Qeyd edək ki, hər iki tərəf arasında müqavilə bu həftənin sonunda imzlanacaq.