Almaniya klubuna qadın baş məşqçi təyin olunub

Almaniyada 3-cü liqa klubu tarixi bir qərara imza atıb.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, 3-cü liqada çıxış edən "İnqolştad" klubu baş məşqçi postuna qadın çalışdırıcı Sabrina Vitmannı gətirdiyini açıqlayıb.

33 yaşlı çalışdırıcı Almaniya futbol tarixində kişi komandasına rəhbərlik edəcək ilk qadın məşqçi olacaq.

Futbolçuluq karyerasına 19 yaşında bu klubda başlayan Vitmann daha sonra aşağı yaş qruplarında məşqçi kimi çalışıb.

Qeyd edək ki, "İnqolştad" Vitmannın rəhbərliyi altında ilk oyununa mayın 6-da "Mannheim" qarşısında çıxacaq.