Ançelottinin "Qızıl top"a namizədi

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Qızıl top"a əsas namizədinin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis bu ada Vinisius Juniorun daha layiq olduğu qənaətindədir.

"Vinisiusun bu mükafatı qazanacağını düşünürəm. O, bu il "Qızıl top"a hamıdan daha yaxındır", - deyə Ançelotti "Madrid Xtra"ya fikrini açıqlayıb.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm çıxdığı 36 oyunda 21 qol, 11 assist müəllifi olub.