“Ankaraspor” – “Nazilli Belediyespor” oyununda qeyri adi statistika

TFF 2.Bəyaz Qrupda oynanan “Ankaraspor”- “Nazilli Belediyespor” oyununda maraqlı statistika qeydə alınıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 90 dəqiqə ərzində qapıya zərbə endirilməyən oyun 0-0 hesabı ilə başa çatıb.

Bu nəticə ilə “Nazilli Belediyespor” liqada qalmağı təmin edib.

Cəmi 2 künc zərbəsinin vurulduğu oyunda sarı və ya qırmızı vərəqə göstərilməyib.

“Ankaraspor” matçı 10, “Nazilli Belediyespor” isə 5 qayda pozuntusu ilə tamamlayıb.