Anri ən yaxşı futbolçunun adını çəkdi

"Arsenal" və "Barselona" klubları və Fransa millisinin sabiq futbolçusu Tyerri Anri PSJ tarixinin ən yaxşı futbolçusunu açıqlayıb.

Sportline.az xəbər verir ki, Fransa futbolunun əfsanəsi bu ada Kilian Mbappeni layiq görüb.

"Mbappeni PSJ tarixinin ən yaxşı futbolçusu hesab edirəm. Onun klub üçün etdiklərini nəzərə alaraq bunu çəkinmədən söyləmək olar", - deyə Anri X sosial şəbəkəsindəki "Football Tweet"ə düşüncəsini bölüşüb. 

Qeyd edək ki, 2018-ci ildən PSJ-nin formasını geyinən Mbappe mövsümün sonunda Paris klubunu tərk edəcək.