Aprelin ən yaxşı futbolçusu bilindi

Rusiya Premyer Liqasında aprelin ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu ada Moskva "Dinamo"sunun hücumçusu Konstantin Tükavin layiq görülüb.

Bu haqda Liqanın rəsmi saytında məlumat yayılıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu apreldə keçirilən 5 oyunda 4 qol və 1 asistlə yadda qalıb.