"Arsenal" italiyalı futbolçunun müqaviləsini uzatdı

İngiltərə Premyer Liqa komandalarından  "Arsenal" braziliya əsilli İtaliya futbolçusu Jorginyo ilə müqaviləni uzadıb.

Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, Arsenal klubu 32 yaşlı yarımmüdafiəçi Jorginyonun mövsümün sonunda başa çatacaq müqaviləsinin 2025-ci ilə qədər uzadıldığını açıqlayıb.

 İtaliyanın“Hellas Verona” və  “Napoli”, İngiltərənin isə “Çelsi” klublarında çıxış edən təcrübəli futbolçu 2023-cü ilin yanvarında “Arsenal”a transfer olunub.

Jorginyo 1,5 mövsüm ərzində "Arsenal"la çıxdığı 51 oyunda 1 qol, 3 asistlik performans göstərib