"Arsenal" liderliyini möhkəmlətdi

İngiltərə Premyer Liqasının 36-cı turunun açılış oyununda "Arsenal" "Bornmut"u qəbul edib.

Sportline.az xəbər verir ki, matç "topçular"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb.3-0

Londonlulara qələbə gətirən qolları 45-ci dəqiqədə Saka, 70-ci dəqiqədə Trossard və 90+7-ci dəqiqədə Deklan Rays vurub.

Bu qələbə ilə "Arsenal" xallarının sayını 83-ə çatdıraraq ikinci sıradakı Mançester Sitinin 4 xal qabaqlayıb.

"Mançester Siti" isə bu gün  20:30-da "Vulverhempton"la görüşəcək.

Qeyd edək ki, "Mançester Siti"nin ehtiyatda olan bir oyunu daha var.