"Arsenal" - "Portu": Düşərgələrdəki son durum

Bu gecə UEFA Çempionlar Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri Londonda olacaq.

İlk oyunda səfərdə “Portuya” 0-1 hesabı ilə məğlub olan “Arsenal” doğma meydan və yerli azarkeş amilindən yararlanmağa çalışacaq. Portuqaliya təmsilçisi də İngiltərəyə turist qismində yollanmayıb.

Hər iki düşərgədə zədəlilər var. Topçulardan Julain Timber zədə səbəbindən komandasın kömək edə bilməyəcək. Martinelli və Tomiyaşunun çıxışı isə sual altındadır. Qonaqların heyətində İvan Markano, Gonsalo Ribeyro və Zaidu Konseysaunun ixtiyarında olmayacaq.

Qeyd edək ki, bu, tərəflər arasınad keçiriləcək 8-ci rəsmi görüşdür. Buna qədər keçirilən 7 oyunda 3 dəfə “Arsenal”, 3 dəfə “Portu” qələbəyə sevinib.1 dəfə isə tərəflər meydandan bərabərliklə ayrılıblar.