"Arsenal"ın ulduz futbolçusu "Cim-Bom"un radarına düşüb

Transfer çalışmalarına erkən başlayan "Qalatasaray" heyətini yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Türkiyə nəhənginin yeni hədəfi "Arsenal"da çıxış edən Tomas Parteydir.

Xəbərdə bildirilir ki, "Qalatasaray"ın mövsümün əvvəlində də maraqlandığı Tomas Parteyin "topçular"la olan müqaviləsi yayda başa çatacaq.

Qeyd edək ki, bu mövsüm "Arsenal"la 14 oyuna çıxan qanalı futbolçunun transfer dəyəri 20 milyon avrodur.