Asiya ÇL-də ikinci yarımfinalçı müəyyənləşdi

Asiya Çempionlar Liqasında “Əl Əin”dən sonra 2-ci yarımfinalçının da adına aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, ilk görüşdən 1-1 hesablı bərabərliklə ayrılan ‘Ulsan HD” və “Çonbuk” komandaları bu dəfə Ulsanda qarşı qarşıya gəliblər.

Cavab oyununda rəqibini 1-0 hesabı ilə məğlub edən “Ulsan HD’ yarımfinala yüksələn 2-ci komanda olub.

“Ulsan”a qələbə gətirən qolu 45+2 ci dəqiqədə Seol Yanq-Uo vurub.

Qeyd dək ki, digər yarımfinalçılar “Əl İttihad” - “Əl Hilal” (12 mart) və “Yokohoma F.Marinors” - “Şandonq Taişan” (13 mart) matçlarında bilinəcək.