"Atalanta"-"Marsel": Düşərgələrdəki son durum

Uefa Avropa Liqasında "Atalanta" 1-1 bitən görüşün cavab oyununda "Marsel"i qəbul edəcək.

Sportline.az xəbər verir ki, italiyalıların heyətində Emil Holm, Said Kolaşinac və Rafael Toloi zədəyə görə matçı buraxacaqlar. Qonaqlar isə meydanda optimal heyətlə mübarizə aparacaqlar.

 Qeyd edəki ki, ispaniyalı referi Xesus Qil Manzanonun idarə edəcəyi görüş saat 23:00-da başlanacaq.