"Atletiko" ulduz futbolçularını satmağa hazırlaşır

"Atletiko" mövsümün sonunda Memfis Depayla vidalaşmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

Onun baş məşqçi Dieqo Simeonenin növbəti mövsüm üçün planlarına daxil olmadığı deyilir.

Madridlilərin Memfislə yanaşı digər hücumçu Alvaro Morata iə də yolları ayıracağı gözlənilir.

İspaniyalı forvardın İtaliya A Seriyasına qayıtmaq istədiyi bildirilir.