Avroliqada pley-off mərhələsinin 3-cü oyunları start götürür

Basketbol üzrə Avroliqada pley off mərhələsinin 3-cü matçları bugün keçiriləcək 2 oyunla start götürəcək.

Sportline.az xəbər verir ki, seriyada 1-1 hesablı bərabərliyin olduğu cütdə "Makkabi Tel Aviv" və "Panatinaikos" növbəti dəfə münasibətləri aydınlaşdıracaqlar.

Maraqla gözlənilən digər oyunda isə "Barselona" çətin "Olimpiakos" səfərinə yollanacaq.Bu seriyada da ümumi hesab bərabərdir.1-1

Qeyd edək ki, Belrqad şəhərində keçiriləcək "Makkabi" - "Panatinaikos" görüşü 21:00-da başlanacaq.

Afinadakı matçın start fiti isə 22:30-da səslənəcək.