Azər Əliyev "Krılya Sovetov"da

Rusiyanın "Yenisey" klubu ilə yollarını ayıran Azər Əliyev karyerasını "Krılya Sovetov"da davam etdirəcək. Sportline.az xəbər verir ki bununla bağlı məlumat  Samara klubunun rəsmi saytında yayılıb. 1 illk anlaşmaya imza atan 23 yaşlı yarımmüdafiəçi yeni komandasında 10 nömrəli formanı geyinəcək. Qeyd edək ki, "Krılya Sovetov" ötən mövsümün nəticəsinə görə, 1-ci diviziona yuvarlanıb. Samaralıları "Yenisey"dən ayrılan Andrey Tixonov çalışdıracaq ki, Azər Əliyev də onun sevimli futbolçularından sayılır.