Azərbaycan millisində 6 "Ayntraxt"lı futbolçu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı start götürüb. SportLine.az AFFA-ya istinadən xəbər verir ki, Belarusun Orşa şəhərində keçirilən hazırlıqlarda 19 futbolçu iştirak edir.

Bu oyunçulardan 9-u xarici klubların üzvləridi. Almaniya təmsilçiləri “Ayntraxt” 6, “Frankfurt” və “Herta” hərəyə 1, Rusiya UGİM-i də 1 futbolçu ilə təmsil olunub: Alina Michaelis, Canan Bulut, Zehra İnceoğlu, Roza Quliyeva, Mərvə Özdəmir,

Dilge Uyğun (hamısı “Ayntraxt”, Frankfurt, Almaniya), Günay İsmayılova (“Fidan”), Vüsalə Hacıyeva (“Frankfurt”, Almaniya), Çağla Miray Kanpara (“Herta”, Berlin, Almaniya), Manə Mollayeva (“Qəbələ”), Gülər Hənifəyeva, Kristina Bakarandze, Aygün Qurbanzadə (hamısı “Neftçi”), Nigar Abdulova, Arzu Əliyeva, Firəngiz Teymurova, Nərmin İsmayılova (hamısı “Təhsil”), Diana Məmmədova (UGİM, Krasnoyarsk, Rusiya), Leyli Qurbanova (“Zaqatala”).

Qeyd edək ki, hazırlıq prosesi ərzində çərçivəsində yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.