"Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə cəmi bir matç keçiriləcək.

"Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. 30 turdan sonra "Turan Tovuz" 42 xalla 6-cı, "Sumqayıt" 44 xalla 4-cü pillədədir.

Azərbaycan Premyer Liqası
XXXI tur

19 aprel

16:30 "Turan Tovuz" - "Sumqayıt" - 1:4 

Qollar: Otto Con, 52 (pen.) - Şəhriyar Əliyev, 15 (avtoqol), Erik Sorqa, 22, Səbuhi Abdullazadə, 88, Cordan Rezabala, 90+5

Tovuz şəhər stadionu