"Barselona"nın futbolçusundan maraqlı açıqlama

"Barselona" "UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, kataloniyalıların forvardı Robert Levondovski oyunla bağlı düşüncələrini bölüşüb.

"PSJ ilə oyunlar çətin alınacaq. Bunun səbəbi yalnız Mbappe deyil. Komandanın Usman Dembele kimi digər təhlükəli futbolçuları da var. Bununla belə PSJ ilə görüşlərdə "Napoli" ilə oyunlardan daha yaxşı çıxış edəcəyimizə əminəm", - deyə polşalı futbolçu "Mundo Deportivo"ya açıqlamasında bildirib.

Qeyd edək ki, rəqiblər arasındakı oyunlar aprelin 10-u və 16-da keçiriləcək.