Basketbol Liqasında yarımfinal mərhələsi başlanır

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzindəki qarşılaşma saat 19:30-da başlanacaq.

Tərəflər arasında ikinci görüş mayın 10-da olacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də baş tutacaq.

Qeyd edək ki, bu raundun digər cütündə "NTD-İndiqo" və "Xəzri" münasibətlərə aydınlıq gətirəcək.

İlk oyun mayın 8-də keçiriləcək.