"Bavariya"- "Real Madrid" : düşərgələrdəki son durum

Uefa Çempionlar Liqasında yarımfinal mərhələsi bugün keçiriləcək "Bavariya" – "Real Madrid" oyunu ilə start götürəcək.
Sporline.az xəbər verir ki, matç öncəsi Almaniya klubunun heyətində Saşa Boey və Kinqsley Koman zədə səbəbindən bu oyunu buraxacaqlar. De Lixtin oynayıb oynamayacağı sual altındadır.

Qonaqlarda isə uzun müddətdir zədəli olan David Alaba və cəzalı Dani Karvaxal Ancelottinin ixtiyarında olmayacaq. 
Bu dəfələrlə qarşı qarşıya gələn rəqiblər arasındakı 27-ci qarşıdurmadır. 

Bunadək keçirilən görüşlərdə 12 dəfə Bavariya meydandan qalib ayrılıb. 11 matç Kral klubunun xeyrinə yekunlaşıb.3 görüşdə isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, Alianz Arenada baş tutacaq matçın start fiti bugün 23 00-da səslənəcək.